Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində gənc ifaçılara səslənib.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı proqramına mühafizəçilərlə gələn ifaçılardan narazılığını dilə gətirib:
“Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız “qarpızlanmasın”. Verilişimə qonaq gələndə özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib-gəlir. Allah onu mühafizə edir. İnsanlar onu bur cür sevir. Sizin belə gedib-gəlməyinizlə nə olur ki? Verilişlərə, konsertlərə elə gedirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq”.
