Bakıda dəm qazından ölən gənc Vətən müharibəsi iştirakçısı olub? – FOTO – YENİLƏNİBbackend

Bakıda dəm qazından ölən gənc Vətən müharibəsi iştirakçısı olub? - FOTO - YENİLƏNİB

Bakıda 21 yaşlı gənc dəm qazından boğularaq vəfat edib.

Məhərrəm Muxtarov bu gün doğulduğu Zaqatala rayonu, Əliabad qəsəbəsində dəfn edilib.

KONKRET.az-ın məlumatına görə, o, Bakıya işləmək üçün gəlibmiş. Sosial şəbəkələrdə və mətbuatda Məhərrəmin Vətən müharibəsi iştirakçısı olması ilə bağlı xəbər yayılsa da, Əliabad Bələdiyyəsindən “Qafqazinfo”ya məlumat təsdiqlənməyib.

Bildirilib ki, vəfat edən gənc Vətən müharibəsi zamanı hərbi xidmətdə olsa da, onun adı döyüş iştirakçılarının siyahısında yoxdur.

Qeyd edək ki, M. Muxtarov evin tək oğlan övladı olub.

***

13:16

Azərbaycanda Vətən müharibəsi iştirakçısı dəm qazından boğularaq ölüb.

KONKRET.az xəbər verir ki, Zaqatala rayonu, Əliabad qəsəbə sakini Məhərrəm Muxtarov Bakı şəhərində kirayədə qaldığı evdə dəm qazından zəhərlənərək vəfat edib.

M.Muxtarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, müharibədən qayıtdıqdan sonra Bakı şəhərində fəhləliklə məşğul olurdu./ent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*