Vətəndaşlardan xəbərsiz qaz sayğacları söküldü — VİDEObackend

Vətəndaşlardan xəbərsiz qaz sayğacları söküldü - VİDEO

Bakıda binalardan birinin qaz sayğacları sökülüb. Soyuq qış günlərində mavi yanacaqsız qalan sakinlər sayğacların “Azəriqaz” işçiləri tərəfindən aparıldığını iddia edirlər. Üstəlik əvvəlki sayğacların yerinə yenisi də quraşdırılmayıb. Nəticədə sakinlər hazırda mavi yanacaqsız qalıb. Bəs belə bir vaxtda sayğacların sökülməsinə səbəb nədir? Əməkdaşlarımız məsəlni aidiyəti qurumla aydınlaşdırıb.

Bura Xətai rayonu, Nzs qəsəbəsi Araz Novruzov küçəsidir. Həmin küçədə yerləşən 4 mərtəbəli, 8 mənzildən ibarət olan binanın qaz sayğacları sakinlərə əvvəlcədən xəbərdarlıq edilmədən “Azəriqaz”ın işçiləri tərəfindən sökülüb. Səbəb kimi isə sayğacların faktiki ünvanlarının başqa ərazidə olması göstərilib. Halbuki sakinlər sayğacların elə qurumun işçiləri tərəfindən ora quraşdırıldığını və kodlaşma aparıldığını deyirlər

Havaların soyuq keçdiyi bu günlərdə sakinlər əziyyət çəkdiklərini bildirirlər

KONKRET.az xəbər verir ki, məsələyə ”Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev münasibət bildirib. O deyib ki, həmin sayğacların əraziyə qanunsuz quraşdırıldığı müəyyən edilib.

Qeyd edilib ki, yeni sayğaclar üçün sakinlər layihələndirməyə getməlidirlər. Bundan sonra isə onlar sayğaclarla təmin oluna bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*