“Vətəndaşların yaxşı pensiya almasında maraqlıyıq” – NAZİRbackend

“Vətəndaşların yaxşı pensiya almasında maraqlıyıq” - NAZİR

Azərbaycan hökuməti ölkə vətəndaşlarının yaxşı pensiya almasında maraqlıdır.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

“Pensiya yaşının süni şəkildə artırılıb-azaldılması böyük problemlər yarada bilər. Bizdə ömür uzunluğu dinamikası müsbətdir və pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar. Əvvəllər 12 il işləyən adama 25 %-lə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya [600-700 manat] almaq üçün 35 il işləməlisən ki, pensiya fondunda kapitalı artırasan.

Təklif edirəm ki, bu məsələ ilə bağlı seminar təşkil edək, mövzunu deputatlarla müzakirə edək. Bu, ciddi məsələdir. Gələn il pensiya fondu xərcləri 15 %-dən çox indeksasiya ediləcək”, – o deyib.

Qeyd edək ki, bu gün 25 il stajı olan üçün minimum pensiya məbləği 240 manat təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*