Vəzifədə olan zaman vəfat edən azərbaycanlı məmurlar – SİYAHI – FOTOLARbackend

Vəzifədə olan zaman vəfat edən azərbaycanlı məmurlar - SİYAHI - FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

KONKRET.az xəbər verir ki, Azad Rəhimov son illər vəzifədə olduğu zaman vəfat edən sayca 3-cü nazir olub.

Qeyd edək ki, daha əvvəl – 2017-ci ildə energetika naziri Natiq Əliyev, 2018-ci ildə isə müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.

Onu da bildirək ki, vəfat edən məmurlar təkcə nazirlər olmayıb. Son illər vəzifədə olduğu müddətdə vəfat edən məmurların bəzilərini təqdim edirik.

2014-cü ildə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

2018-ci ilin aprel ayının 8-də Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, fevral ayının 18-də isə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov 2017-ci ildə ürək tutmasından dünyasını dəyişib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, akademik Mahmud Kərimov 2013-cü il fevral ayının 10-da vəfat edən zaman həmin vəzifədə işləyirdi.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov, “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Harun Vahabov,  Maliyyə Nazirliyinin şöbə müdirləri Ülfət Göyüşov və Mərdan Mərdanov,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin baş direktor müavini Həsənəli Qədimov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov, Bakı Apellyasiya Məhkəməsinin hakimi  Mehdi Əsədov,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi Emin Hüseynov, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Abbas Salmanov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Şəfahət Əsgərov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Sabirabad rayon suvarma idarəsinin rəisi Əflan Aslanov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov da vəzifədə olan zaman vəfat ediblər.

Sabiq gənclər və idman naziri Azad Rəhimov

Sabiq energetika naziri Natiq Əliyev

Keçmiş müdafiə sənayesi naziri Yavər Camalov

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Abbas Ələsgərov

/Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*