Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “Lexus” və BMW markalı avtomobillərin toqquşması zamanı BMW-nin sürücüsü Rəşad Hacıyev həyatını itirib.
Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Məlumatı Fövqəladə Hallar Nazirliyi də təsdiqləyib. Qeyd edilib ki, Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) “Lexus” və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. “BMW” markalı minik avtomobili alışıb, 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.