“Vəziyyət ağırdır, arxa-dayağımız zəifdir” – Erməni siyasətçibackend

"Vəziyyət ağırdır, arxa-dayağımız zəifdir" - Erməni siyasətçi

“Vəziyyət ağırdır, arxa-dayağımız zəifdir”.

KONKRET.az xəbər verir ki, bunu “Alternativ Layihələr Qrupunun” üzvü, siyasətçi Vahe Ovannisyan öz məqaləsində yazıb. O, Qarabağdakı hazırkı  vəziyyətə toxunub və həll yollarından danışıb.

“Vəziyyət ağırdır, arxamız zəifdir.

İndi elə bir vəziyyət yaranıb ki, biz ayırıcı xətlər haqqında aydın danışmalıyıq.

Bütün Azərbaycan mediası Vigen Xaçatryan, Ovik Ağazaryan və Qaqik Melkonyandır. Onlar eyni şeyi düşünürlər. Onların lideri onlardan daha ağıllıdır və çox gözəl başa düşür ki, müəyyən hadisələr baş verərsə, daxili gərginlik idarəolunmaz hala gələ bilər.

Qalanları bizik, kifayət qədər çox və 100 faiz hökumətdən fərqli. Hələ də aramızda laqeydlər var və onları ayıltmaq bizim problemimizdir.

Qarabağda əməliyyat qərargahı yaradaq.

Qərargah daxilində həm erməni, həm də beynəlxalq ictimaiyyəti informasiya axını ilə təmin edəcək vahid informasiya mərkəzi yaradılsın. Bu həm də kəskin informasiya mübarizəsi mərhələsidir.

Operativ qərargah beynəlxalq strukturlar, səfirliklər, beynəlxalq ictimaiyyət, erməni və ermənipərəst xadimlər və dairələrlə işləməlidir.

Operativ qərargah humanitar yardımın toplanması və Qarabağa çatdırılması, humanitar konvoyun formalaşdırılması işinə başlamalıdır.

Eko-fəallara savadlı şəkildə cavab verilməlidir.

Dövlətin zəifləməsi şəraitində, sadəcə olaraq, başqa alternativ yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*