“Vəziyyət dalana dirənib və müharibə başlaya bilər” – Tiqran Abramyanbackend

"Vəziyyət dalana dirənib və müharibə başlaya bilər" - Tiqran Abramyan

“Vəziyyət dalana dirənib və bu, mümkün hərbi əməliyyatlar ehtimalını artırır”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib: “Düşmənin (Azərbaycan – red) sərhəddəki hərəkətlərini anlamaq üçün daha dərindən araşdırma aparmaq lazımdır. Yalnız hərəkət etmək hərbi əməliyyatlara hazırlaşmaq demək deyil. Bu addımların həcmini və istiqamətini daha dərindən təhlil etdikdən sonra Azərbaycanın planlarını başa düşmək olar”, – Abramyan bildirib.

“Hazırda cəbhə xəttində hərbi əməliyyatların bərpası ehtimalı ilk növbədə danışıqlar prosesində yaranmış vəziyyətlə bağlı ola bilər. Xüsusən Ermənistan hakimiyyətinin açıqladığı yanaşmaya görə, Azərbaycan son vaxtlar əldə olunmuş razılaşmalardan imtina edib. Rəsmi Bakının irəli sürdüyü şərtlər isə İrəvanı qane etmir. Ona görə də, hesab edirəm ki, vəziyyət dalana dirənib və bu, mümkün hərbi əməliyyatların başlanma ehtimalını artırır”, – Tiqran Abramyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*