Vikinqlər Qrenlandiyanı niyə tərk etdi? – SƏBƏBbackend

Vikinqlər Qrenlandiyanı niyə tərk etdi? - SƏBƏB

Harvard Universitetinin (ABŞ) alimləri yeni araşdırmada vikinqlərin Qrenlandiyanı tərk etməsinin əsl səbəblərindən birini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o dövrdə buz örtüyünün ölçüsünün artması dəniz səviyyəsinin xeyli qalxmasına (təxminən 3,3 m) səbəb olub.

Arxeoloji araşdırmalara görə, vikinqlər eramızın 985-ci ilindən 15-ci əsrin ortalarına qədər Qrenlandiyada yaşayıblar. Lakin onların vətənlərini tərk etmələrinin səbəbləri hələ də qaranlıq qalır. Alimlər bunu izah etmək üçün şiddətli quraqlıq və ya aşağı temperatur kimi bir neçə fərziyyə irəli sürüb.

Bununla belə, PNAS jurnalında dərc edilən araşdırma göstərir ki, bu geri çəkilmənin səbəblərindən biri Qrenlandiya ətrafında (eramızın 1000-1450-ci illəri arasında) dəniz səviyyəsinin təxminən 3,3 m qalxmasıdır. Bu dövr “Kiçik Buz Dövrü” adlanır və təxminən 14-cü əsrin əvvəlindən 19-cu əsrin sonuna qədər davam edir.

ABŞ tədqiqatçıları tərəfindən aparılan araşdırma göstərir ki, suyun qalxması səbəbindən Qrenlandiyada 204 km² ərazi su altında qalıb. Bu, bir çox evin su altında qalmasına və vikinqlərin oranı tərk etməsinə səbəb oldu.

“Vikinqlərin başqa seçimi yox idi. Onlar “Kiçik Buz Dövrü”nü dayandıra bilmədilər. Bu gün biz iqlim dəyişikliyini azaltmaq üçün səy göstərə bilərik”, – deyə araşdırmanın iştirakçılarından biri olan Cerri Mitrovitsa bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*