Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinə təşəkkürünü bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə baş nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Sülhə sarsılmaz sadiqliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edirəm.
Sizin əməkdaşlığınız müharibənin doğurduğu enerji böhranına davam gətirməkdə bizə kömək oldu. Sülh içində birləşərək, birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik”.