backend

Vilayət Eyvazov generalı işdən çıxardı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilib.

KONKRET.AZ xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Nazirin digər əmrinə əsasən, Həzi Aslanov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

Onun əvvəlki vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Eyvazov ötən gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov tutduğu vəzifədən azad edilib. // Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*