Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il iyun ayının 25-də Oğuz Rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 24.06.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.