Vilayət Eyvazov polis rəisini vəzifəsindən AZAD ETDİbackend

Vilayət Eyvazov polis rəisini vəzifəsindən AZAD ETDİ

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

KONKRET.az “oxu.az”-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.

Qeyd edək ki, B.Qarayev bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsində İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*