Virtual Qarabağ Türkiyənin bir qrup tanınmış şəxslərini TƏLTİF ETDİbackend

Virtual Qarabağ Türkiyənin bir qrup tanınmış şəxslərini TƏLTİF ETDİ

Bu gün “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin (İKT GİB) təşəbbüsü ilə Qarabağ: atalarımızın yurdu adı altında Qarabağ tarixinin, mədəniyyətinin və həqiqətlərinin təbliğ olunmasında fəal iştirak edən şəxlərin onlayn təltifolunma mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə Türkiyə Cümhuriyyətinin bir qrup tanınmış şəxsləri – elm adamları, sabiq səfirlər, sənətçilər, televiziya rəhbərləri, media nümayəndələri, yazıçılar, ictimai xadimlər Qarabağ həqiqətlərinin yayılmasındakı fəal iştiraklarına və Qarabağ uğrunda Azərbaycan xalqının vətən savaşında verdikləri dəstəyə görə “Virtual Qarabağ” İKT GİB tərəfindən təltif olunublar.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “Virtual Qarabağ” İKT GİB-in sədri Nurəddin Mehdiyev, Türkiyə Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı, Türkiyənin tanınmış elm adamları, ictimai xadimlər, media nümayəndələri və digər qonaqlar bildiriblər ki, Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı əsrlərin sınağından keçərək bu gün ən yüksək dövrünü yaşayır. 2020-ci ilin son aylarında Azərbaycan xalqının Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Qarabağ azadlığı uğrunda düşmən Ermənistan üzərində şərəfli qələbəsi müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şanlı zəfəridir. Tarix boyu olduğu kimi bu savaşda da həm xalq, həm dövlət olaraq Azərbaycan xalqının yanında olan Türkiyə ölkəmizin ən böyük dəstəkçisi olub. İki qardaş ölkənin rəhbərliyi və xalqları Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət – Türkiyə və Azərbaycan” və Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın Sevinci bizim Sevincimiz Kədəri bizim Kədərimizdir” kəlamlarını rəhbər tutaraq Azərbaycan xalqının Vətən müharibəsi dövründə də zəfərə doğru birlikdə irəliləyiblər.

Tədbir iştirakçıları “Virtual Qarabağ” İKT GİB-in Qarabağ tarixinin, mədəniyyətinin və həqiqətlərinin təbliğ olunmasında yaxından iştirak edən Türkiyənin tanınmış simalarını təltif etmək təşəbbüsünü müsbət qiymətləndiriblər.Tədbirin sonunda təltif olunan şəxlərə “Virtual Qarabağ” İKT GİB-in təşəkkürnamələri təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*