Vitali Balasanyan DİNDİRİLDİbackend

Vitali Balasanyan DİNDİRİLDİ

Artıq özünü buraxan Qarabağdakı qondarma qurumun “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyan dindirilib.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Onun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldığı və burada dindirildiyi bildirilir.

Balasanyan qanunsuz silahlı hərbi birləşmənin təhlükəsizlik şöbəsinin rəis müavini, polkovnik Norayr Aslanyana qarşı cinayət işi üzrə dindirilib.

Aslanyan odlu silah və sursatların qanunsuz dövriyyəsində ittiham olunur. O, 5 aydır həbsdədir və Milli Təhlükəsizlik Xidmətinin təcridxanasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*