Vladimir Putin: “BRİKS ölkələri dünya iqtisadi artımının hərəkətverici qüvvəsidir”backend

Vladimir Putin: "BRİKS ölkələri dünya iqtisadi artımının hərəkətverici qüvvəsidir"

BRICS-də orta iqtisadi artım tempi 4% səviyyəsində proqnozlaşdırılır ki, bu da G70 ölkələrinin göstəricilərindən xeyli yüksəkdir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS biznes forumu zamanı deyib: “İqtisadi artımın hərəkətverici qüvvəsi əslində BRİKS ölkələridir. Yaxın gələcəkdə qlobal ÜDM-in əsas artımı BRİKS-də formalaşacaq”. Rusiya liderinin sözlərinə görə, BRİKS-in potensialının reallaşdırılması assosiasiya üzvlərinə, biznes strukturlarına, eləcə də iştirakçı ölkələrin vətəndaşlarına maksimum fayda gətirəcək. O qeyd edib ki, Rusiya BRİKS-in hazırkı sədri kimi yeni gələnlərin əməkdaşlıq mexanizmlərinin inteqrasiyasına hər cür kömək etməyə çalışır. Rusiya ilə yanaşı, Braziliya, Hindistan, Çin, Misir, Efiopiya, Cənubi Afrika Respublikası, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da BRİKS-ə üzv olub. Xatırladaq ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*