Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bir sıra vacib açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, o açıqlamalarında digər ölkələrin liderlərini yaxşıya və pisə bölmədiyini, ancaq Rusiyanın maraqları naminə ən yaxşı nəticəni əldə etmək üçün onlarla çalışdığını vurğulayıb.
“Ərdoğan sözünə əməl edən bir insandır. Kişidir! Ərdoğanla mənim əks fikirlərimiz var, amma o, sözünün üstündə həmişə durur”, – deyə Putin vurğulayıb.