Almaniyanın avtomobil istehsalçısı Volkswagen bu il öz fabriklərində 15 min işçinin işdən çıxarılmasına icazə verib.
KONKRET.az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə informasiyanı Jefferies analitik mərkəzi yayıb.
“Volkswagen AG bu il zavodlarını bağlamaq qərarına gələ bilər. Bu da 15 mindən çox iş yerinin ixtisarına yol açacaq”, – nəşr qeyd edir.
Belə ixtisarların Volkswagen-ə 4 milyard avroya başa gələcəyi gözlənilir. Həmkarlar İttifaqları isə yalnız maaşlara etiraz edə biləcək.
İlkanə Şəvəqqət,
KONKRET.az