Rusiyanın Voronej şəhərində şənbə günü günortadan sonra Vaqner terrorçularının “yürüş”ü zamanı partlayan neft anbarını gecə saatlarında söndürmək mümkün olub.
KONKRET.az xəbər verir ki, yanğın nəticəsində 800 kvadratmetr sahədə aviasiya kerosini olan 5000 kubmetr çənin yandığı bildirilir.
İddialara görə, itki olmayıb, yanğın bazar günü saat 00:40-da söndürülüb.
Yanğının söndürülməsinə 97 rusiyalı, 31 texnika cəlb olunub.
Neft bazasındakı partlayışın nədən baş verdiyi hələlik məlum deyil.
Burhan,
KONKRET.az