“Voroninlər”in ulduzundan qardaşının qətldə ittihamlarına REAKSİYAbackend

“Voroninlər”in ulduzundan qardaşının qətldə ittihamlarına REAKSİYA

“Voroninlər ” serialının ulduzu Yekaterina Volkova qardaşı Leonid Volkova qarşı irəli sürülən qətl ittihamlarına cavab verib.

KONKRET.az lenta.ru-ya istinadən xəbər verir ki, aktrisa öz fikrini İnstaqramda paylaşıb.

Volkova qardaşının bir neçə gün əvvəl ABŞ-da həbs edildiyini və “çox ağır cinayətdə” ittiham olunduğunu təsdiqləyib. O, həmçinin bildirib ki, ailə Leonid və onun vəkili ilə əlaqə yaratmağa çalışır, lakin hələlik heç bir nəticə əldə olunmayıb.“Mən qardaşımı sevirəm və ondan əl çəkmirəm “- sənətçi bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 28 yaşlı Sankt-Peterburqlu fotoqraf Pavel Vekşin və 37 yaşlı kibertəhlükəsizlik üzrə mütəxəssis Kirill Şukin Bostonda qətlə yetirilib. Şukinin cəsədi hissələrə bölünmüş halda zibillikdən tapılıb. Volkov isə bu qətldə şübhəli bilinir.

O, mühacirlərin ortaq dostu olub. Xüsusilə, Şukin Volkovun Bostonda mənzil kirayəsi üçün sonuncu zamini olub. İstintaqın məlumatına görə, Voronin ulduzunun qardaşı ondan borc pul istəyib. Tanışları kömək etməkdən imtina etdiyinə görə, üçlük arasında dava düşüb. Nəticədə Volkov yaşayış sahəsini tərk etməli oldu.

Ayan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*