“Vüqar Həşimov” komandası Moldova yığmasına böyük hesabla qalib gəldibackend

Vüqar Həşimov” komandası Moldova yığmasına böyük hesabla qalib gəldi

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

KONKRET.az-ın məlumatına görə, turnirin ikinci turunun oyunları keçirilib. Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandasına böyük hesabla (5,5:0,5) qalib gəlib.

Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir.

İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma” yığmasına 5,5:0,5, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandasına 5:1 hesabı ilə qalib gəliblər.

Kişilərin yarışında 38 komanda mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*