Vyetnam bir il ərzində ikinci dəfə prezidentini dəyişdibackend

Vyetnam bir il ərzində ikinci dəfə prezidentini dəyişdi

Ordu generalı Luong Kuong Vyetnamın yeni prezidenti olub.

KONKRET.az xəbər verir ki, o, bu vəzifəyə ölkə parlamenti tərəfindən seçilib.

Ordu generalı 2024-cü ilin mayında prezident olan To Lamın yerinə keçib. Avqust ayında To Lam Vyetnam Kommunist Partiyasının baş katibi seçilib. Beləliklə, o, ölkədə siyasətçilər iyerarxiyasında daha yüksək mövqe tutaraq prezident postunu tərk edib.

67 yaşlı Luong Kuong iclasda iştirak edən 440 qanunverici tərəfindən dəstəklənib. O, inauqurasiya nitqində ölkənin müdafiə qabiliyyətini gücləndirəcəyini, yaxşı təlim keçmiş, çevik və müasir ordu yaradacağını vəd edib. Kuonq həmçinin çoxtərəfli xarici siyasət yürütməyə söz verib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*