Was ist los?: Putin biznesmenlərlə alman dilində danışdı – VİDEObackend

Was ist los?: Putin biznesmenlərlə alman dilində danışdı - VİDEO

Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya biznesinin nümayəndələri ilə görüşündə  alman dilində danışıb.

KONKRET.AZ bildirir ki, bu barədə “Pul №3” teleqram kanalı  xəbər verib.

Belə ki, söhbət əsnasında rus dilindən alman dilinə sinxron tərcümədə problem yaşanıb. Bu zaman biznesmenlərdən biri üzünü Putinə tutub, dövlət başçısı isə alman dilində deyib: “Was ist los?” (“Nə baş verib?”)

Qeyd edək ki, Putin bundan əvvəl də ictimai çıxışlar zamanı alman dilində danışıb. Bundan əvvəl belə hadisə may ayında yaşanmışdı. Həmin vaxt Putin Avstriya lideri  Aleksandr van der Bellenin Zalsburq festivalını ziyarət etmə barədə təklifinə alman dilində cavab vermişdi.

http://

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*