“What a Feeling” hitinin ifaçısı vəfat etdibackend

"What a Feeling" hitinin ifaçısı vəfat etdi

“What a Feeling” hitinin ifaçısı, müğənni və aktrisa Ayrin Kara 63 yaşında ABŞ-da dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, sənətçinin ölümünü onun agenti Cudit Muz tviterdə elan edib.

“Dərin kədər hissi ilə Ayrin Karanın vəfatını ailəsi adından bildirirəm”, – müğənninin agenti qeyd edib.

Aktrisa Floridadakı evində dünyasını dəyişib. Ölümün səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Nyu-Yorkun Bronks rayonunda anadan olan Ayrin Kara “Oskar”, “Qızıl Qlobus” və “Qremmi” mükafatı laureatıdır. O, “Flash Dance” filminin saundtreki olan “What a Feeling” mahnısını ifa etdikdən sonra, həmçinin “Şöhrət” filmində iştirakı sayəsində məşhurlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*