“Xaçatryan kifayət qədər yaxşı psixoloji vəziyyətdədir” – Xəstəxanadan açıqlamabackend

"Xaçatryan kifayət qədər yaxşı psixoloji vəziyyətdədir" - Xəstəxanadan açıqlama

Azərbaycanın təhvil verdiyi  70 yaşlı Vaqif Xaçatryan reanimasiya şöbəsindədir.

KONKRET.az “Unikal”-a istinadən xəbər verir ki, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Nork-Maraş Tibb Mərkəzinin reanimasiya xidmətinin rəhbəri Eduard Petrosyan bildirib ki, xəstə lazımi müalicəni alır və hərtərəfli müayinədən keçir, nəticələri sonrakı müalicəni müəyyən edəcək.

“Biz ona lazımsız suallar verməməyə və həssas mövzulara toxunmamağa çalışırıq. Eyni zamanda, təəccüblüdür ki, Xaçatryan kifayət qədər yaxşı psixoloji vəziyyətdədir və tibb işçiləri ilə fəal şəkildə ünsiyyət qurur”, – deyə Petrosyan qeyd edib.

Xatırladaq ki, 14 yanvar tarixində Azərbaycan Ermənistana dörd əsiri – David Davtyan, Gevork Sujyan, Vigen Euljekçyan və Vaqif Xaçatryanı təhvil verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*