Xaçaturyan: “Rusiya artıq Ermənistanı kiçik qardaş kimi görmür”backend

Xaçaturyan: “Rusiya artıq Ermənistanı kiçik qardaş kimi görmür”

“Rusiya artıq Ermənistanı “kiçik qardaş” kimi qəbul etmir, ölkələr arasında tərəfdaşlıq münasibətləri qurulub”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində deyib.

“İndi Rusiya ilə münasibətlər tamamilə başqa cürdür – tərəfdaşlıq münasibətləri var. Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş münasibəti kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir. Biz son 4 ildə əslində buna nail olmağa çalışmışıq”, – deyə Xaçaturyan vurğulayıb.

Prezidentin sözlərinə görə, İrəvan rusiyalı həmkarlarının Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*