Xaçikyan: “Guya ki, göyərtəsində Makron və Pelosi olan Fransa donanması dərhal Sevan gölündə olacaq”backend

Xaçikyan: "Guya ki, göyərtəsində Makron və Pelosi olan Fransa donanması dərhal Sevan gölündə olacaq"

“Ermənistanda anti-Rusiya təbliğatına külli miqdarda vəsait xərclənir, yalnız bir təşkilat hər il bu məqsədlər üçün 5-6 milyon ABŞ dolları ayırır”.

KONKRET.az xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, “Bu təbliğat effektiv mexanizmdən istifadə edir: həqiqətin yalnız bir hissəsi alınır, onun haqqında daim danışılır, lakin ümumi kontekstdən təcrid olunur. Nəticədə heç kim Qərbin Ermənistan üçün heç nə etmədiyini demir. Eyni zamanda, yalnız rusların nəyisə etdiyi, amma pis etdikləri vurğulanır”, – o, “İsor” proqramının efirində deyib.

A.Xaçikyan vurğulayıb ki, “2020-ci ildə Rusiya Ermənistanda ondan gözlənilənlərin cəmi 40%-ni yerinə yetirə bilib, lakin fakt faktlığında qalır ki, Rusiya müharibəni dayandırıb, Rusiya sülhməramlılarının mövcudluğu 120 min erməninin öz torpaqlarında yaşamağa davam etməsinə imkan verir və mövcudluğu faktdır”.

“Bu gün onlar xatırlamamağa üstünlük verirlər ki, müharibəni dayandıran Rusiyadır, Ermənistana təyyarə ilə yardım göndərən Rusiyadır”, – deyə Xaçikyan xatırlayaraq əlavə edib ki: “Əslində, bizim Qərblə bağlı heç bir sualımız və şikayətimiz yoxdur. öz müqəddəratını təyinetmə hüququnu, erməni soyqırımını pislədiyini və yeni soyqırım təhlükəsini unutduğu bir faktdır”.

O qeyd edib ki, qərbyönlü təbliğatçılar insanları inandırmağa çalışırlar ki, Rusiya regionu tərk edərsə, Qərb dərhal Ermənistanın müdafiəsinə qalxacaq. “Onlar bizi əmin etməyə çalışırlar ki, Amerika qoşunları 8 dəqiqəyə (Rusiya geri çəkildikdən sonra) burada olacaq, göyərtəsində Makron və Pelosi olan Fransa donanması dərhal Sevan gölündə olacaq. Gəlin bunları uşaqlara yatmazdan əvvəl söyləyək”, – deyən Xaçikyan daha sonra bildirib ki, Ermənistan son 5 ildə yalnız Qərbə arxalanıb, bununla belə, “Qərb bizə xəyanət edib və bu, göz qabağındadır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*