Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkarlandıbackend

Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu Qarabağlı kəndi ərazisində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

KONKRET.az xəbər verir ki, araşdırma zamanı sözügedən ərazidə ağacların qanunsuz olaraq Qarabağlı kənd sakini Qafar Ağayevə məxsus pay torpağının kənarında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*