Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə APA-ya Xalq artistinin oğlu məlumat verib.
O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.
“Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var”, – deyə o bildirib.
Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasiyentimiz Elmira Rəhimovaya mərkəzimizin Terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyası olunaraq, müvafiq müalicə üsulu təyin edilib:
“Mərkəzimizin peşəkar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.

