Xalq artisti kürəkəninin həbs olunması barədə: “Xəbərim yoxdur”backend

Xalq artisti kürəkəninin həbs olunması barədə: "Xəbərim yoxdur"

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib.

KONKRET.az xəbər verir ki, o, oğurluqda ittiham edilir. İddialara görə, Elnur Mövlanov qayınanasının qızıllarını oğurlayıb. Alim Qasımovun xanımının zərərçəkmiş kimi tanınması bu iddiaların əsassız olmadığını göstərir.

Alim Qasımov isə qaynarinfo-ya belə bir olayın baş vermədiyini bildirib. “Harda gedir məhkəməsi? Xəbərim yoxdur, öyrənib deyərəm”, – deyə o əlavə edib.

Alim Qasımovun xəbəri təkzib etməsinə rəğmən onun da məhkəmə prosesində iştirak etdiyi iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*