Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi – SON DƏQİQƏ!backend

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi - SON DƏQİQƏ!

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

KONKRET.az xəbər verir ki, Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli “report”a açıqlamasında bildlrib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*