backend

Xalq artistinin bacısı oğlunun məhkəməsi TƏXİRƏ SALINDI

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilməli olan iclasdan öncə təqsirləndirilən şəxslərdən birinin səhhəti qəfil pisləşib.

Təcili tibbi yardım stansiyasından daxil olan müraciət əsasında hakim prosesi təxirə salıb.

İclas sentyabrın 24-ə təyin olunub.

Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*