Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI – RƏSMİ – YENİLƏNİBbackend

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB

Azərbaycanın Xalq artisti Eldar Quliyev ailəsinin istəyinə uyğun olaraq həyat yoldaşının yanında dəfn ediləcək.

Bu barədə KONKRET.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Eldar Quliyevin dəfn yeri ailəsi tərəfindən (özünün vəsiyyəti ilə) mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığı müəyyən edilib.

***

10:57
Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib.

KONKRET.az xəbər verir ki, Xalq artisti müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində həyatını itirib.

Qeyd edək ki, 80 yaşlı E.Quliyev bir müddət əvvəl infarkt keçirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*