Xalq ilk qurbanlarını Binə-Qala yolunda verib: 20 yanvarda Sovet qoşunlarının əməliyyat xəritəsi – FOTObackend

Xalq ilk qurbanlarını Binə-Qala yolunda verib: 20 yanvarda Sovet qoşunlarının əməliyyat xəritəsi - FOTO

20 yanvar hadisələri zamanı Sovet qoşunlarının Bakıya necə və hansı istiqamətdən daxil olması insanlarda hər zaman maraq doğurub.

KONKRET.az xəbər verir ki, tanınmış təhsil eksperti Kamran Əsədov Sovet qoşunlarının əməliyyat xəritəsini paylaşıb və onların Bakı-Qala yolu ilə hərəkət etdiyini deyib: “Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş “Komsomol” dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun “Komsomol” dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandr Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub” – deyə Kamran əsədov fikirlərini tamamlayıb.

Bir xəritə və bunu deyən yazı "Sumgait Khyrdalan Mashtaga Binagadi Buzovna Zabrat Moving of SovietA Army Beyuk Shor lake Mardakan Sabunchu Tanks Sea descant Military aerodromes Murdered civilians Qala Bina Surakhany Lokbatan Patamdar Turkan Bay of Baku Hovsan" şəkili ola bilər

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*