İranın Ali Rəhbəri Əli Xamenei Tehranın şimal-şərqində yerləşən yeraltı bunkerə təxliyə edilib.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Xamenei ailəsi ilə birlikdə Lavizan bölgəsində yerləşən sığınacaqdadır.
Bundan əlavə, Yaxın Şərqdəki diplomatik mənbəyə istinadən verilən məlumata görə, İsrail əməliyyatın ilk gecəsində Xameneini öldürməməklə ona uranın zənginləşdirmə proqramından tamamilə imtina etmək üçün son şans verib.