Xamenei etirazçıların cəzalandırılması əmrini verdibackend

Xamenei etirazçıların cəzalandırılması əmrini verdi

İranın ali dini lideri Əli Xamenei nümayişlərdə iştirak edənlərin cəzalandırılmasını tələb edib.

KONKRET.az xəbər verir ki, İranın dini lideri bunu İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.

Bildirib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edənlər cəzalandırılmalıdır.

İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamenei qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb:

“Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*