İran İsrailə qarşı “Sadiq vəd III” əməliyyatına başlamaq öhdəliyinə sadiq qalır.
KONKRET.az xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəinin baş hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi deyib.
Onun sözlərinə görə, əməliyyat hələ də yerinə yetirilməyibsə, gecikmənin arxasında hikmət var. General bunu “strateji və şüurlu şəkildə müdrik qərar” adlandırıb.