Xan nəslinə aid 30-dan artıq qəbir TAPILDIbackend

Xan nəslinə aid 30-dan artıq qəbir TAPILDI

“Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb”.

KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, hazırda arxeoloqlarımız 50 günə yaxındır Ağdamda xan nəslinin dəfn olunduğu İmarət adlanan ərazidə işləyirlər:

“Demək olar ki, İmarətin bütün ərazisi, 1000 kvadrat metrdən artıq sahə qazılıb. Orada xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb. Qalanlarının da çıxarılması istiqamətində işlər davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*