Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.
KONKRET.az report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Klinik Xəstəxanasının baş həkimi Kamran Musayev bildirib.
Onun sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.