XANKƏNDİ MESAJININ icrasına AZ QALDI – VİDEObackend

XANKƏNDİ MESAJININ icrasına AZ QALDI - VİDEO

İlham Əliyev: O yer ki var dağın arasında, ora da Xankəndi şəhəridir.
Rəcəb Tayyib Ərdoğan: Gedərdim.
İlham Əliyev: Orda da olacağıq.
Rəcəb Tayyib Ərdoğan: İnşallah.

KONKRET.az xəbər verir ki, qardaş ölkələrin liderlərinin qeyd olunan dialoqu ötən il Şuşa səfəri zamanı yaşanıb.

Arayik bu videonu izləyən kimi Koçaryanın yanına qaçmışdı, lakin Robert məhkəmə dindirmələrində olduğu üçün, Serj Sarkisyana zəng çatmadığına görə suyu süzülə-süzülə Paşinyanın qəbuluna düşməli oldu. O da Arutyunyanı başa salmağa çalışıb ki, “Şuşadakı villan da, Xocavənddəki şərab zavodun da, ümumiyyətlə, taleyin Azərbaycanın əlindədir”.

Amma son hadisələr onu göstərir ki, Arutyunyan İrəvan-Xankəndi ssenarisini Moskva-Xankəndi planına dəyişib. Azərbaycanın isə həllini önə çıxardığı 3 plan var: ərazi bütövlüyünün təminatı, Zəngəzur dəhlizinin açılması və təklif etdiyimiz baza prinsiplərinə uyğun sülh müqaviləsinin imzalanması;

Yəni masada nə Arutyunyan-Vardanyan cütlüyünün “plan 1″i, nə də Putinin “plombir”i var. Masada Bakının haqlı tələbi mövcuddur və bundan ürkənlər danışıqlar masasından yayınır. Ona görə də Azərbaycan beynəlxalq hüquqla tənzimlənən digər hüquqlarından yararlana bilər. Müharibə, yaxud antiterror əməliyyatı da bu qəlibdəndir. Əgər Azərbaycanın hücum əmrindən sonra kimlərsə, Kremlin Bakıya müharibə elanından qorxursa, “tovariş” Putinin 44 günlük savaş barədə dediklərini xatırladım:

“Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri çərçivəsində hərbi əməliyyat aparır”.

Bəli, Azərbaycan ərazisinə isə nə Kreml, nə də KTMT burun soxa bilər. Əlbəttə ki, əvvəlcə sülhməramlıların mandatına xitam vermək lazımdır. Ardınca isə kürt düşmüş erməni toyuğu Stepanın yerinə Xankəndi lövhəsini yerləşdirməliyik. Ən pis halda:

• Sülhməramlılara xitam veriləndə Rusiya “Dağlıq Qarabağ Respublikası referendum”u ilə qondarma rejimi özünə birləşdirə bilər ki, “arsax” da KTMT üzvü olsun və Azərbaycan ərazi bütövlüyünü təmin edəndə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanla üz-üzə qalsın.

Digər tərəfdən, Türkiyə-NATO, Türk Dövlətləri Təşkilatı (KTMT üzvü olanlar neytral qala bilər), Pakistan və İsrail faktorlarını unutmaq olmaz. Yəni rus “roqatkası” Türkiyə dronlarını vuracaq gücdə deyil. Həm də Kreml iki cəbhədə savaşa bilmir. Bunu tarix də təsdiqləyir. Onsuz da Ukraynaya “Z” tankları ilə girəndən sonra zay gününə düşüblər. Bura da “V” artilleriyası ilə gəlsələr viran olacaqlar.

Azərbaycan və Türkiyə liderlərinin Şuşadakı Xankəndi dialoqunu təqdim edirik:

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*