Xankəndi yolunda yenə Azərbaycan bayraqları ASILDIbackend

Xankəndi yolunda yenə Azərbaycan bayraqları ASILDI

Xankəndi yolunun üzərinə növbəti dəfə Azərbaycan bayraqlarının asılmasına başlanılıb.

KONKRET.az-ın verdiyi xəbərə görə, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Bayraqlar kran vasitəsilə aksiya iştirakçılarının alqışları ilə asılır.

Aksiyada “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!”, “Ekoloji terrora son!” şüarları səsləndirilir.

Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*