Xankəndidə həyəcan – “Qırmızı Xaç”ın maşınlarından Türkiyə malları çıxdıbackend

Xankəndidə həyəcan - “Qırmızı Xaç”ın maşınlarından Türkiyə malları çıxdı

Xəbər verildiyi kimi, Ermənistan və Azərbaycan arasında gedən uzun müzakirələrdən sonra sentyabrın 18-də – bazar günü Ağdam və Laçın yollarından paralel istifadə etməklə yüklərin Xankəndi şəhərinə çatdırılması təmin edilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) iki avtomobilindən biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda hərəkət edib. Nəticədə Ermənistanın Azərbaycana qarşı “blokada” ittihamlarının heç bir əsası olmadığı bir daha təsdiqlənib.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Ağdam yolu vasitəsilə Xankəndiyə aparılan yük gigiyena vasitələri, Laçın yolu ilə aparılan yük isə undan ibarət olub.

Qeyd edilir ki, ermənilər Ağdam yolu vasitəsilə Xankəndiyə gələn maşınlarda yüklərin sırf Rusiya istehsalı olan məhsullardan ibarət olacağını gözləyirmişlər. Lakin mallar arasında Türkiyədə buraxılan uşaq bezlərinin olması erməniləri həyəcanlandırıb.

“Hraparak” yazır ki, dünən Xankəndidə ermənilər Türkiyə malllarının yandırılmasına çağırış ediblər.

Separatçıların rəhbərliyi Ağdam yolu ilə gətirilən Türkiyə mallarının yalnız ekspertizadan sonra paylanacağını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*