Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.
10:57
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 12-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 26 ədəd müxtəlif markalı avtomat silahı aşkar olunaraq götürülüb.
DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, bundan başqa 5 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 3482 ədəd müxtəlif çaplı patron, 97 ədəd patron darağı və digər sursatlar da aşkar olunaraq götürülüb.