Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 11 xəstə Xankəndidən Ermənistana aparılıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Gün ərzində Ermənistanda müalicə alan daha 13 xəstənin Xankəndiyə qaytarılması planlaşdırılır.