Xanlar Vəliyev Nəciməddin Sadıkovdan danışdı – “Bu haqda bir söz deməyim doğru deyil”backend

Xanlar Vəliyev Nəciməddin Sadıkovdan danışdı - “Bu haqda bir söz deməyim doğru deyil

“Tərtər İşi” ilə bağlı məhkəmə proseslərində həm zərərçəkənlərin, həm də mühakimə olunan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri sabiq baş qərargah rəisi Nəciməddin Sadıkovu ittiham edir.

Ancaq məhkəmədə sabiq baş qərargah rəisi haqqında sensasion iddialar səslənməsinə baxmayaraq, o məsuliyyətdən kənarda qala bilib.

KONKRET.az xəbər verir ki, Gununsesi.info–nun əməkdaşı ölkənin Hərbi Prokuroru Xanlar Vəliyevdən bu barədə soruşub.

Sayta açıqlamasında Xanlar Vəliyev deyib:

“Məhkəmədə nə danışılırsa, buna məhkəmə qiymət verməlidir. Konkret olaraq, “Tərtər İşi”nə gəlincə, mən bir dəfə də demişəm ki, bu işlərin istintaqı artıq Baş Prokurorluqdadır. Ona görə də bu haqda bir söz deməyim doğru deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*