Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür – VACİB AÇIQLAMAbackend

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür - VACİB AÇIQLAMA

Baş Prokurorluğun Avropada yaşayan bəzi azərbaycanlı mühacirləri istintaq aparmaq üçün ölkəyə dəvət etməsi ictimai və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Lakin çağırışlara baxmayaraq, adıçəkilən şəxslər ölkəyə geri dönməyib.Həmin şəxslərin ekstradisiyası mümkündürmü?

Mövzunu KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:

Ermənistanın son təxribatlarında ÜÇ MÜHÜM EHTİMAL: İrəvan müharibə QƏRARI  VERİB? | KONKRET

“Avropada yaşayan mühacirlərin Azərbaycana qayıtmamasının səbəbi aydındır. Onlar niyə çağırıldıqlarını dəqiq bilirlər. Anlayırlar ki, Azərbaycanda onlara qarşı cinayət işi açılıb və geri qayıtdıqları halda həbs olunacaqlar. Düşünmürəm ki, onların gəlməsinə kimsə maneə yaradır. Görünür, kimlərsə onlara havadarlıq edir, mövzular diktə olunur. Bu şəxslər isə həmin tezislər əsasında Azərbaycana qarşı çıxışlar edirlər. Hesab etmirəm ki, onların geri dönməsinə kimsə əngəl törədir. İstədikləri vaxt Azərbaycana gələ bilərlər. Lakin başa düşürlər ki, burada onları nə gözləyir. Məhz buna görə də qayıtmırlar”.

V. Əlibəyov vurğulayıb ki, əgər Azərbaycan tərəfi bu şəxslərin günahını beynəlxalq təşkilatlar qarşısında sübuta yetirə və ciddi dəlillər təqdim edə bilsə, bu zaman hüquqi cəhətdən onların ekstradisiya məsələsi gündəmə gələ bilər. Əks halda, onların öz xoşları ilə Azərbaycana qayıdacağını düşünmürəm”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*