Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadıldıbackend

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadıldı

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.

Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*