Xaricdə tibb təhsili alanlar üçün imtahan keçiriləcək.
Bu barədə KONKRET.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2011-ci ildən Azərbaycan Respublikasında rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərin imtahanları aşağıdakı cədvəl üzrə keçiriləcək.
Keçirilmə tarixi | Vaxtı |
23.01.2022 | saat: 15:00 |
24.01.2022 | saat: 15:00 |
25.01.2022 | saat: 15:00 |