Xaricdə yaşayan azərbaycanlılar “YAŞAT” Fonduna nə qədər pul köçürüblər?backend

Xaricdə yaşayan azərbaycanlılar "YAŞAT" Fonduna nə qədər pul köçürüblər?

Xarici ölkədə yaşayan azərbaycanlıların “YAŞAT” Fonduna köçürdüyü ianələrin məbləği açıqlanıb.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun yaranmasının iki illiyi ilə bağlı bu gün keçirilən mətbuat konfransında fondun rəhbəri Elvin Hüseynov məlumat verib.

O bildirib ki, ötən il mayın 25-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu keçirilib.

“Marafonun məqsədi şəhid ailələri və yaralananlara yardım edilməsi ilə bağlı dünyanın müxtəlif olkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafon müddətində (29.04.2021-ci il tarixindən 31.05.2021-ci il tarixinədək) Fondun hesabına 990 067.00 manat, 10 180.00 dollar, 6 395.86 avro, 34 117.32 Türkiyə lirəsi, 2 844.07 rubl, 2 975.00 funt sterlinq vəsait olmaqla ümumilikdə 1 042 609.29 manat vəsait daxil olub. Sms ianə vasitəsi ilə 2021-ci il 25-26 may tarixləri üzrə 5061 manat vəsait toplanılıb”,- E.Hüseynov deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*