Xaricdəki mühacirlərlə bağlı YENİ XƏBƏR: Azərbaycana nə vaxt gətiriləcəklər? backend

Xaricdəki mühacirlərlə bağlı YENİ XƏBƏR: Azərbaycana nə vaxt gətiriləcəklər? 

Xaricdə mühacir kimi yerləşərək, Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır. Artıq Azərbaycan hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaqda israrlıdırlar və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlərə başlayıblar. Bəs görəsən, onlar nə vaxt ölkəyə ekstradisiya edilə bilər? 

Mövzu ilə bağlı KONKRET.az-a danışan cbildirib ki, Azərbaycan hökumətinin bu istiqamətdə atdığı addımlar eyni templə davam etsə, yaxın vaxtlarda həmin şəxslərin ölkəyə gətirilməsinin şahidi olacağıq:

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… |  KONKRET

“Azərbaycan tərəfinin bu şəxslərlə bağlı atdığı hüquqi addımları müsbət dəyərləndirmək olar. Çünki bu şəxslər bütün “qırmızı xətt”ləri keçirlər. Onların bəziləri ailə dəyərlərindən xəbərsizdirlər və əxlaqsızlığın pik həddindədirlər. Onlar öz ailələrinə sahib çıxa bilməyərək ölkədən gediblər. Yəni öz ailələrindən xəbəri olmayanların ağzına gələni danışması kənardan absurd görünür. Hesab edirəm ki, hüquqi prosedurlar ardıcıllıqla aparılır. Onların Azərbaycana konkret nə vaxt gətiriləcəyini demək çətindir. Ancaq əminliklə deyə bilərəm ki, mütləq şəkildə ölkəyə ekstradisiyaları baş verəcək. Düşünürəm ki, bu prosedurun tam şəkildə icra olunmasını Azərbaycanda istəyənlərin sayı kifayət qədər çoxdur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*